Dövlət əmlakının icarəsi üzrə büdcə daxilolmaları proqnozu 42% üstələyib

Dövlət əmlakının icarəsi üzrə büdcə daxilolmaları proqnozu 42% üstələyib
# 22 dekabr 2021 16:19 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dövlət əmlakının icarəsi üzrə 1 531 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 631-i qeyri-yaşayış sahələri üzrə, 900-ü isə torpaq sahələrinə dair olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrü ərzində 461 icarə müqaviləsinin müddəti uzadılıb, 146 icarə müqaviləsi ləğv edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində 1 177 və ya 3,3 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə ümumilikdə 14,4 mln. manatdan artıq məbləğində vəsaitin ödənilməsi təmin olunub və bununla 11 aylıq proqnoz 142% yerinə yetirilib.

Qeyd edək ki, müasir çağırışlara əsasən, dövlət əmlakının icarəyə verilməsi mexanizminin, həmçinin dövlət əmlakından istifadəyə görə icarə haqlarının müəyyən edilməsi sisteminin təkmilləşdirilməsi barədə təkliflər hazırlanaraq hökumətə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR