Naxçıvanda bu il orta aylıq əməkhaqqı 547 manata yaxın olub

Naxçıvanda bu il orta aylıq əməkhaqqı 547 manata yaxın olub
# 23 dekabr 2021 10:30 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 546,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 545,3 manata bərabər olub. Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR