Ötən il Azərbaycana avtomobil idxalı 18,2 faiz azalıb

Ötən il Azərbaycana avtomobil idxalı 18,2 faiz azalıb
# 25 yanvar 2023 17:15 (UTC +04:00)

Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycana, ümumilikdə 74 577 ədəd avtomobil idxal olunub.

APA-Economics” Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16 617 ədəd avtomobil və ya 18,2% azalıb.

Ölkəyə gətirilən avtomobillərin 415 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 68 684 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 127 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 351 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR