Avropa Liqasında mövsümün son püşkü atılıb

Avropa Liqasında mövsümün son püşkü atılıb
# 17 mart 2023 16:16 (UTC +04:00)

Avropa Liqasında 2022/23 mövsümünün son püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirində 1/4, 1/2 final və finalın püşkatması gerçəkləşib. Mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib. Ardınca yarımfinalda üz-üzə gələcək cütlər və finalın nominal meydan sahibi bəlli olub.

Qeyd edək ki, turnirin final matçı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Avropa Liqası
1/4 final (13 və 20 aprel)

1. “Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)
2. “Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)
3. “Bayer” (Almaniya) - “Union” (Belçika)
4. “Feyenoord” (Niderland) - “Roma” (İtaliya)

1/2 final (11 və 18 may)
1. 2-ci cütün qalibi - 1-ci cütün qalibi
2. 4-cü cütün qalibi - 3-cü cütün qalibi

Final (31 may, Budapeşt, Macarıstan)
1-ci cütün qalibi - 2-ci cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR