“Çelsi” “Sportinq”in yarımmüdafiəçisinə 65 milyon avro ödəyəcək

“Çelsi” “Sportinq”in yarımmüdafiəçisinə 65 milyon avro ödəyəcək
# 26 may 2023 10:21 (UTC +04:00)

“Çelsi” yayda heyəti gücləndirməyi hədəfləyir.

Apasport.az saytı xəbər verir ki, ingilislər “Sportinq”in yarımmüdafiəçisi Manuel Uqarteyə elçi düşüb.

London klubu 22 yaşlı uruqvaylının keçidi üçün Portuqaliya klubu ilə danışıqlara başlayıb.

Futbolçu ilə 6 illik müqavilə imzalamağı planlaşdıran “zadəganlar” qarşı tərəfə 65 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2021-ci ildən “Sportinq”in şərəfini qoruyan Uqarte bu mövsüm 47 oyunda 1 məhsuldar ötürmə edib.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR