Çempionlar Liqası: Pley-offda oynanılacaq top təqdim olunub

Çempionlar Liqası: Pley-offda oynanılacaq top təqdim olunub
# 22 dekabr 2021 14:37 (UTC +04:00)

Çempionlar Liqasının pley-off mərhələsində istifadə olunacaq top təqdim olunub.

Apasport.az saytının məlumatına görə, UEFA həlledici mərhələlərdə komandaların oynayacağı topla bağlı paylaşım edib.

Fərqli və rəngarəng dizaynda hazırlanan topdan turnirin final matçınadək istifadə ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı gələn il mayın 28-də Rusiyanın Sankt-Peterburq stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR