Kilian Mbappe əsrin “20-liy”inə düşüb

Kilian Mbappe əsrin “20-liy”inə düşüb
# 23 dekabr 2021 09:10 (UTC +04:00)

Kilian Mbappe 2021-ci ildə vurduğu qolların sayında 50-ni arxada qoyub.

Apasport.az saytının məlumatına görə, hücumçu Fransa millisi və PSJ-də ümumilikdə 51 qol vurub.

O, XXI əsrdə il ərzində 50 və daha çox qol vuran 20-ci futbolçudur. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı siyahıda yer alanlardan dördü bir dəfədən artıq uğura sahibdir.

Lionel Messi 9, Kriştiano Ronaldo 7 ili ən azı 50 qolla tamamlayıb. Robert Levandovski 3, Zlatan İbrahimoviç 2 dəfə buna nail olub.

Qeyd edək ki, 2021-ci ildə 49 qola imza atan Erlinq Halandı siyahıya düşməkdən bir top ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR