“Qalatasaray” “Lester”in futbolçusunu transfer edə bilər

Nampali Mendi

© APA | Nampali Mendi

# 22 dekabr 2021 12:31 (UTC +04:00)

Uğursuz mövsüm keçirən “Qalatasaray” qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu, xüsusən yarımmüdafiə xəttindəki boşluğu doldurmağa çalışır.

Qustavo Assunçaonun çıxışından məmnun qalmayan baş məşqçi Fatih Terim rəhbərlikdən yeni orta sahə oyunçusu tələb edib. Çalışdırıcı “Lester”in seneqallı futbolçusu Nampali Mendini sərəncamında görmək istəyir.

Premyer Liqa klubunda əsas heyət üzü görməyən 29 yaşlı oyunçu ilə danışıqlara start verilib. Seneqal millisinin üzvünün meneceri də danışıqların davam etdiyini təsdiqləyib.

Qeyd edək ki, Nampali Mendinin “Lester”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR