Türkiyədə futbol çempionatında dava düşüb, 25 nəfər saxlanılıb

Türkiyədə futbol çempionatında dava düşüb, 25 nəfər saxlanılıb
# 22 dekabr 2021 12:57 (UTC +04:00)

Türkiyə futbolunda böyük qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, həvəskarlar liqasında “Çaycumaspor”la “Gelikspor” arasında keçirilən oyunda dava düşüb.

Oyun zamanı başlayan gərginlik fanatlar stadionu tərk edərkən daha da böyüyüb. Nəticədə azarkeşlər bıçaq və digər kəsici alətlərlə bir-birlərinə xəsarət yetirməyə çalışıblar. Hətta “Gelikspor” arenanı tərk edərkən avtobusu daşa basılıb, futbolçular müxtəlif bədən xəsarətləri alıb.

Davada fəal iştirak edən “Çaycumaspor”un 25 azarkeşi polislər tərəfindən saxlanılıb. Onların bir il komandanın oyunlarına buraxılmaması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR