Aİ səfiri Ağdamda mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib

Peter Mixalko

© APA | Peter Mixalko

# 17 mart 2023 17:37 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ağdamda baş verən mina partlayışında həlak olanlarla bağlı başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı Aİ diplomatı "Twitter" hesabında paylaşım edib.

“Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Aİ minalardan təmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək”, - diplomat vurğulayıb.

Qeyd edək ki, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Mina partlayışı nəticəsində 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR