Azərbaycan səfiri ADR-in maliyyə nazirinin Parisdə yaşayan nəvəsi ilə görüşüb

Azərbaycan səfiri ADR-in maliyyə nazirinin Parisdə yaşayan nəvəsi ilə görüşüb
# 26 may 2023 20:47 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ADR-in maliyyə nazirinin Parisdə yaşayan nəvəsi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə diplomat Tvitterdə bildirib.

“Azərbaycan Demokratik Respublikası dövründə maliyyə naziri, parlamentin üzvü olan Əbdüləli bəy Əmircanovun hazırda Parisdə yaşayan nəvəsi Alev Siesbye ilə çox maraqlı görüşümüz oldu.

Azərbaycanımızın müstəqilliyi uğrunda mübarizə aparan bütün soydaşlarımızın ruhu şad olsun!” – azərbaycanlı diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR