Azərbaycanın baş diplomatı GUAM iclasında Ermənistanın sülh prosesini əngəllədiyini bildirib

Azərbaycanın baş diplomatı GUAM iclasında Ermənistanın sülh prosesini əngəllədiyini bildirib
# 21 sentyabr 2022 01:18 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar və son aylar Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlardan danışıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir, post-münaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə məlumat verib. Nazir regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Üçtərəfli bəyanat və Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində kommunikasiya və nəqliyyat xəttlərinin açılması istiqamətində işlər aparıldığı, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyü vurğulanıb.

Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi, təxribatlar nəticəsində itkilər olduğunu bildirilib.

Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmizin sülh gündəliyini irəlilətməkdə əzmli olduğu və danışıqları davam etdirdiyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR