Bakıda mina təhlükəsi ilə bağlı keçirilən beynəlxalq konfransda bəyannamə qəbul olunub

Bakıda mina təhlükəsi ilə bağlı keçirilən beynəlxalq konfransda bəyannamə qəbul olunub
# 26 may 2023 16:55 (UTC +04:00)

Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransın sonunda bəyannamə qəbul olunub.

APA xəbər verir ki, konfransda bəyannamə mətni oxunub.

Daha sonra BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev çıxış edib və bu bəyannamənin qəbulunun vacib addım olduğunu vurğulayıb.

O, beynəlxalq konfransın təşkilinə görə, ANAMA-ya və BMT-nin Azərbaycandakı Nümayəndəliyinə təşəkkür edib və əlavə edib ki, konfrans çərçivəsində vacib və maraqlı diskussiyalar aparılıb.

Mina təhlükəsi barədə qeyd edən BMT rəsmisi əlavə edib ki, daha çox mülki şəxslərin mina və partlamamış hərbi sursatların qurbanı olması faktdır.

O, minaların yayılmasının qarşısının alınmasının vacibliyini qeyd edərək bu istiqamətdə beynəlxalq həmrəyliyin vacibliyini vurğulayıb.

BMT rəsmisi Azərbaycanın regionda digər qonşu ölkələrə nümunə olaraq və liderlik göstərərək klaster bombaların istifadəsinə qarşı konvensiyaya və digər oxşar beynəlxalq sənədlərə qoşulacağına inandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR