Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Azərbaycandakı Apostol nunsisi ilə görüşüb

Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Azərbaycandakı Apostol nunsisi ilə görüşüb
# 26 may 2023 22:19 (UTC +04:00)

26 may tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın iqamətgahı Türkiyə Respublikasının Ankara şəhəri olmaqla Azərbaycan Respublikasındakı Apostol nunsisi Arxiyepiskop Marek Solçinski ilə görüşüb.

XİN-dən APA-ya bildirilib ki, görüşdə Azərbaycan Vatikan münasibətləri, habelə Azərbaycan-Ermənistan sülh prosesinin cari vəziyyəti müzakirə olunub.

Azərbaycan ilə Vatikan arasında bir sıra istiqamətlərdə əməkdaşlıq layihələrinin, qarşılıqlı səfərlərin və dialoqun vacibliyi vurğulanıb.

Görüşdə post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan addımlar diqqətə çatdırılıb.

Arxiyepiskop Marek Solçinski Azərbaycanın müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəyliyin bərqərar olması naminə səylərini yüksək qiymətləndirilib.

Görüşdə, tərəflər arasında həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR