Ceyhun Bayramov: “NATO ilə geniş dialoq gündəliyimiz var"

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 12:09 (UTC +04:00)

“ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur, müəyyən sahələrdə isə əməkdaşlığımız çox sıxdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, elə sahələr var ki, orada əməkdaşlıq bir o qədər dərin deyil: “Təhlükəsizlik, enerji təhlükəsizliyi, beynəlxalq terrorizmə qarşı mübarizə, qaçaqmalçılıqla mübarizə, sərhədlərin gücləndirilməsi istiqamətində əməkdaşlığı qeyd edə bilərik. Humanitar sahədə əməkdaşlıq layihələrimiz var, təhsil sahəsində əməkdaşlıq var. ABŞ Azərbaycanla əməkdaşlıq istiqamətlərini genişləndirməyə dair dialoqda maraqlıdır, bunun üçün intensiv görüşlər, təmaslar həyata keçirilir”.

XİN başçısı NATO ilə əlaqələrə də toxunub. O, Azərbaycanın NATO missiyalarında, xüsusilə Əfqanıstandakı iştirakının yüksək qiymətləndirildiyini vurğulayıb: “ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycana təşəkkür məktubu ünvanlayıb. NATO ilə əməkdaşlığımızın dərin tarixi kökləri var. Bizim NATO-nun missiyalarında iştirakımız, NATO təlimlərində hərbçilərimizin iştirakı, fövqəladə hallarla mübarizədə təlimlər istiqamətində əməkdaşlığımız var. Bizim NATO ilə geniş dialoq gündəliyimiz var. NATO rəhbərliyi tərəfindən bizim tərəfdaşlığımız xüsusi vurğulanır, Azərbaycana təşəkkür edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR