Ceyhun Bayramov: NATO-nun etibarlı tərəfdaşı kimi Azərbaycan qlobal təhlükəsizlik və tərəqqiyə geniş töhfə verir

Ceyhun Bayramov: NATO-nun etibarlı tərəfdaşı kimi Azərbaycan qlobal təhlükəsizlik və tərəqqiyə geniş töhfə verir
# 26 may 2023 16:53 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanı qəbul edib.

APA xəbər verir ki, bu barədə o, Tvitterdə paylaşım edib.

“Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb. NATO-nun etibarlı tərəfdaşı kimi Azərbaycan qlobal təhlükəsizlik və tərəqqiyə geniş töhfə verir”, - paylaşımda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR