Kreml: MDB dövlət başçılarının qeyri-formal sammitinə hazırlıq gedir - YENİLƏNİB

Kreml: MDB dövlət başçılarının qeyri-formal sammitinə hazırlıq gedir - YENİLƏNİB
# 22 dekabr 2021 15:42 (UTC +04:00)

Sankt-Peterburqda MDB dövlət başçılarının sammitinə hazırlıq gedir.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

***

13:55

Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev bildirib.

“2021-ci il dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək”, - səfir qeyd edib.

İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.

MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.

Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə - Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR