Lavrov: “Türkiyə-Ermənistan dialoqu Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edir”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 14 yanvar 2022 14:13 (UTC +04:00)

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini dəstəkləyirik və bu səylərdə aktiv iştirak edirik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

“Bu, Cənubi Qafqazdakı vəziyyətin normallaşmasına kömək edir və mövcud siyasi problemlərin daha aktiv həll olunmasına kömək edir”, - Rusiya XİN başçısı vurğulayıb.

O, Ankara və İrəvan nümayəndələrinin Moskvada görüşməsindən məmnunluq ifadə edib.

"Türkiyə və Ermənistan həqiqətən də nizamlanma məsələləri üzrə öz xüsusi nümayəndələrini təyin ediblər. Rusiya belə bir razılaşmanın əldə olunmasına kömək etdi və biz çox şadıq ki, bu gün ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun qurulmasına kömək etməkdir, ümid edirəm. ki, uğurlu olacaq”.

Lavrov xatırladıb ki, Rusiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” formatını da aktiv şəkildə dəstəkləyib: “Biz bu təşəbbüsdə birləşdirici potensial gördük. Bu ideyanın müzakirəsinin ilk günlərindən gürcü həmkarlarımızın da bu təşəbbüsə qoşulmasının tərəfdarı kimi çıxış etdik. Hesab etdik ki, nə qədər çox təmas olsa, digər qalan problemlərin də həlli üçün yaxşı olar. Biz indi gürcü həmkarlarımızla Cenevrə müzakirələri çərçivəsində və Moskva və Tbilisi tərəfindən yaradılan qeyri-rəsmi ikitərəfli kanal çərçivəsində görüşürük. Lakin fikrimcə, “3+3” formatı daha əhəmiyyətlidir. Bu formatda bütün regionun inkişafı perspektivləri müzakirə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR