Lui Bono Qriqoryanla Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib

Lui Bono Qriqoryanla Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə edib
# 26 may 2023 14:32 (UTC +04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono İrəvanda görüşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan TŞ mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər görüş zamanı Azərbaycanla Ermənistan arasında danışıqları müzakirə ediblər. Həmçinin Qarabağ ətrafında vəziyyət, Ermənistan-ABŞ münasibətləri də müzakirə mövzusu olub.

Görüşün maraq doğuran məqamı ondan ibarətdir ki, amerikalı diplomat Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündən dərhal sonra İrəvana gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR