Səfir: Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Türkiyə ilə dostluğumuzun əbədiliyinin göstəricisidir

Səfir: Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Türkiyə ilə dostluğumuzun əbədiliyinin göstəricisidir
# 18 mart 2023 19:50 (UTC +04:00)

Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Azərbaycan - Türkiyə dostluğunun əbədiliyinin göstəricisidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

O, abidənin ucaldılmasına dair qərarın dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində verildiyini də xatırladıb.

“108 il əvvəl, Türk torpaqlarını qorumaq məqsədi ilə Orta Asiya, Krım və Azərbaycandan gələn türklər canlarını fəda edib. Bunun təkrarını biz 2020-ci ildə Qarabağda gördük. 85 milyonluq türk milləti ayağa qalxdı və Azərbaycan Zəfərini əldə edənə qədər Azərbaycan bayraqlarını yerə qoymadı. Bu gələcək nəsillər üçün gözəl örnəkdir”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR