Sergey Şoyqu: “Sülhməramlılar Qarabağda dinc həyatın bərqərar olması üçün şərait yaradır”

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 22 dekabr 2021 20:06 (UTC +04:00)

“Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti Qarabağda sülhün qorunub saxlanmasının qarantıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Bir ildən artıqdır ki, Rusiya sülhməramlıları Qarabağda və ona bitişik rayonlarda dinc həyatın bərqərar olması üçün şərait yaradır, Azərbaycanla Ermənistan arasında münasibətlərin bərpasına kömək edir. Hazırda bir dənə də olsun ciddi insidentə yol verilməyib”, deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR