TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda seçkiləri müşahidə edəcək

TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstanda seçkiləri müşahidə edəcək
# 18 mart 2023 11:42 (UTC +04:00)

Azərbaycan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 19 mart 2023-cü ildə Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinin (Məclisin – aşağı palatanın üzvlərinin seçkiləri) qısamüddətli müşahidəsini həyata keçirəcəkdir.

APA xəbər verir ki, müşahidə proqramı çərçivəsində Missiyanın rəsmilər və seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.

Seçki günü Missiya səsvermə prosesini yerində izləmək üçün Astana və Almatı şəhərlərində səsvermə məntəqələrini ziyarət edəcəkdir. 20 mart tarixində Missiya öz müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcəkdir.

Qazaxıstanda növbədənkənr parlament seçkiləri qanunvericilik islahatları fonunda baş tutur. 5 iyun 2022-ci il ümumxalq referendumu nəticəsində Konstitusiyaya dəyişikliklər, digərləri ilə yanaşı, Parlament Məclisinin üzvlərinin seçilməsi üçün qarışıq seçki sisteminə keçid ilə əlaqədar olmuşdur. Referendumdan sonra seçki qanunvericiliyinə Məclis üzvlərinin seçki sistemi, seçkilərin təşkili və keçirilməsi ilə bağlı müvafiq dəyişikliklər edilmişdir. Son dəyişikliklərə əsasən, Məclisin 98 üzvündən 69-u vahid ümumxalq seçki dairəsi ərazisində proporsional təmsilçilik sistemi üzrə siyasi partiyalardan partiya siyahıları əsasında, 29 üzvü isə birmandatlı ərazi seçki dairələri üzrə seçilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR