Xavyer Kolomina Azərbaycana gəlib, Hikmət Hacıyev və Ceyhun Bayramovla görüşüb - FOTO

Xavyer Kolomina Azərbaycana gəlib, Hikmət Hacıyev və Ceyhun Bayramovla görüşüb - FOTO
# 26 may 2023 13:40 (UTC +04:00)

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Azərbaycana gəlib.

APA xəbər verir ki, o, Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Görüşlər zamanı NATO və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu və son danışıqlardan sonra sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib.

Kolomina bir daha vurğulayıb ki, NATO Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR