2021-ci ildə karyerasını bitirən futbolçular

2021-ci ildə karyerasını bitirən futbolçular
# 10 avqust 2021 20:54 (UTC +04:00)

2020/21 mövsümünün ardından çox sayda futbolçu karyerasını bitirdiyini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında çıxış edən oyunçulardan Rasim Ramaldanov bu addımı ataraq, “Qəbələ”də məşqçiliyə başlayıb.

Dünya futbolunda isə bir neçə tanınmış sima karyerasını bitirmək qərarına gəlib. Həmin oyunçuları təqdim edirik.

Ueyn Runi
Ötən mövsüm “Derbi”nin heyətində 10 oyunda 1 qol vuran İngiltərə millisinin sabiq hücumçusu Filip Kokunun gedişindən sonra müvəqqəti baş məşqçi vəzifəsini icra etdi. Bu ilin yanvarında isə 36 yaşında baş məşqçi kimi “Derbi” ilə 2,5 illik müqavilə imzadı.

Sami Xedira
Fevralda “Herta”nın yolunu tutan almaniyalı 9 oyunda 2 məhsuldar ötürmə ilə yadda qaldı. 34 yaşlı almaniyalı mövsümün sonunda da karyerasını bitirdiyini açıqladı.

Aryen Robben
2018/19 mövsümünün sonunda “Bavariya”dan təqaüdə çıxan Robben ötən mövsümün əvvəlində karyerasını bərpa etdi və “Qroningen”lə anlaşdı. Ancaq zədələr səbəbindən cəmi 7 oyunda iştirak edə bildi. Niderlandlı bu yay ikinci dəfə futbolla vidalaşdığını bəyan etdi.

Antonio Valensiya
10 il “Mançester Yunayted”in şərəfini qoruyan və kapitanlığa qədər yüksələn ekvadorlu futbolçunun son klubu Meksika təmsilçisi “Keretaro” oldu. 36 yaşlı cinah oyunçusu bədəninin onu buna vadar etdiyini açıqladı.

Yohan Kabay
İngiltərə Premyer Liqasında uzun müddət çıxış edən fransalı yarımmüdafiəçi 2019/20 mövsümünün sonunda “Sent-Etyenn”dən ayrılaraq klubsuz qaldı və yalnız bu ilin əvvəlində karyerasını bitirmək qərarına gəldiyini bildirdi.

Vedran Çorluka
2012-ci ildən Moskva “Lokomotiv”inin şərəfini qoruyan xorvatiyalı bu il futboldan getdi. 35 yaşlı müdafiəçi karyerasını bitirən kimi AVRO-2020-də Xorvatiya millisində köməkçi-məşqçi funksiyasını icra etdi.

Lars Bender – Sven Bender
“Bayer”də çıxış edən Bender qardaşları cəmi 31 yaşda futboldan getmək qərarına gəldilər. Onlar bu addımı səhhətləri və ailələri üçün atdıqlarını bildiriblər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR