AFFA “Qarabağ”ı cəzalandırıb

AFFA “Qarabağ”ı cəzalandırıb
# 21 avqust 2019 12:53 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, yığıncaqda Premyer Liqanın I turunda baş verənlərlə bağlı qərarlar verilib.

“Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimələnib.

“Qəbələ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb. Görüşün 84-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Qarşılaşma başa çatdıqdan sonra “Qəbələ”nin azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibləri 4000 manat cərimələnib.

Görüş “Sumqayıt” ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə ödəyəcək.

“Neftçi” – “Sabah” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat xərcə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR