Ağdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO

Ağdamda şəhid Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO
# 12 iyul 2019 00:15 (UTC +04:00)

Ağdamda, Aprel döyüşlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş futbol turniri başa çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, turnirdə rayonun 16 cəbhəyanı kəndi və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdən və bir hərbi hissədən ümummilikdə 8 komanda iştirak edib.

Bənövşələr qəsəbəsində təşkil olunan yarış 20 gün davam edib. Turnirin təşkilatçısı Elgün Rəhimov APA-ya bildirib ki, final yarışında rayonun Bənövşələr qəsəbəsinin və Üçoğlan kəndinin komandaları mübarizə aparıb. Yarışda şəhid R.Orucovun bir vaxtlar komandiri olduğu “N” saylı hərbi hissənin komandası 3-cü yerdə qərar tutub. 1-ci yerə Bənövşələr qəsəbəsinin, 2-ci yerə isə Üçoğlan kəndinin komandası yiyələnib.

Təşkil olunan yarışda qalib gələn komandanın iştirakçılarına diplom, fəxri fərman və qiymətli hədiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR