Almaniya millisi Hans-Diter Fliklə 3 illik müqavilə imzalayıb

Almaniya millisi Hans-Diter Fliklə 3 illik müqavilə imzalayıb
# 25 may 2021 13:09 (UTC +04:00)

Almaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Bavariya”dan ayrılan Hans-Diter Flik AVRO-2020-dən sonra Yoahim Lövü əvəz edəcək.

Təcrübəli mütəxəssis bu gün Almaniya Futbol İttifaqı ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti 3 illik nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya yığmasını 2006-cı ildən Yoahim Löv çalışdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR