Ansi Aqolli: “Partizani” “Qarabağ”dan üstün olmaq üçün iki ideal oyun keçirməlidir”

Ansi Aqolli: “Partizani” “Qarabağ”dan üstün olmaq üçün iki ideal oyun keçirməlidir”
  • Clock-gray 10:34
  • calendar-gray 19 İyun 2019

“Futbolda hər şey mümkündür. Lakin “Qarabağ” Çempionlar Liqası və Avropa Liqasındakı çıxışlarına görə “Partizani” ilə müqayisədə daha təcrübəlidir”. 

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli deyib.

Karyerasını ABŞ-da davam etdirəm albaniyalı müdafiəçi vətənində verdiyi müsahibədə Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. O, “Qarabağ”ı Albaniyanın “Partizani” klubu ilə dueldə favorit saydığını açıqlayıb: “Kimin şanslı olduğunu oyun göstərəcək. Çünki həmin vaxt futbolçuların potensialını nə dərəcədə göstərməsi önəmlidir. “Partizani” “Qarabağ”dan üstün olmaq üçün iki ideal oyun keçirməlidir. Bu matçlarda təmsilçimiz səhvlərini sıfıra endirməlidir”. 

A.Aqolli bu matçlarda “Qarabağ”a azarkeşlik edəcəyini gizlətməyib: “Mən 10 il “Qarabağ”da oynamışam. Baş məşqçi ikinci ata kimidir. Komandanın kapitanı ilə 10 il birlikdə çörək yemişik, yaxşı və pis günlərimiz olub. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda ilə qardaş olmuşuq. Karyeramın 70 faizə yaxınını – 10 ilini bu komandada keçirmişəm. “Qarabağ” mənim üçün ailə, ikinci ev olub. Həmişə də belə olacaq. “Partizani” ilə bağlılığım isə yalnız Albaniya klubu olmasından ibarətdir. “Tirana”nın heyətində onlara qarşı oynamışam. “Qarabağ” qədər bağlılığım yoxdur. İnanmıram ki, “Partizani” rəhbərliyi rəqib barədə məlumat üçün məndən kömək istəsin. Çünki texnologiyanın inkişaf etdiyi vaxtda internetdən rəqib barədə hər şey əldə etmək mümkündür. Müasir dövrdə internet varsa, kimdənsə kömək istəməyə ehtiyac yoxdur”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date