Antonio Konte rekord vurub

Antonio Konte rekord vurub
# 29 dekabr 2021 09:20 (UTC +04:00)

Antonio Konte “Tottenhem”in tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis London klubunun sükanı arxasındakı ilk yeddi Premyer Liqa matçında məğlubiyyətlə üzləşməyib.

Bu, paytaxt təmsilçisi üçün rekord göstəricidir. Kontenin rekordu “Sauthempton”la matçda rəsmiləşib.

1:1 hesablı nəticə onun bu postda 7-ci çempionat matçı olub. Onun yetirmələri 4 qələbə qazanıb və 3 heç-heçə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR