Antuan Qrizmannın "Barselona"ya keçidi ilə bağlı araşdırma başlayıb 

Antuan Qrizmannın "Barselona"ya keçidi ilə bağlı araşdırma başlayıb 
# 20 iyul 2019 10:02 (UTC +04:00)

Fransa milli komandasının futbolçusu Antuan Qrizmannın İspaniya təmsilçiləri“Atletiko”dan “Barselona”ya keçidi ilə bağlı araşdırma başlanıb.

APA-nın məlumatına görə, İspaniya Kral Futbol Federasiyası Kataloniya təmsilçisinin oyunçu ilə danışıqları qaydalar çərçivəsində aparıb-aparmadığını müəyyənləşdirməyi zəruri sayıb.

Buna “Atletiko” rəhbərliyinin quruma şikayət etməsi səbəb olub. Madrid klubu “Barselona”nın futbolçu ilə qaydalarla icazə verilən vaxtdan əvvəl danışığa başlamasından narazıdır.

Məhz bu səbəbdən 28 yaşlı futbolçunun keçidi 200 milyon deyil, 120 milyon avroya başa gəlib. “Atletiko” da həmin 80 milyonun verilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, 2014-cü ildən “Atletiko”da çıxış edən A.Qrizmann bu müddətdə 180 oyuna 94 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR