APA futzal üzrə “Xatirə kuboku”nda finala yüksəlib - FOTO

APA futzal üzrə “Xatirə kuboku”nda finala yüksəlib - FOTO
# 04 iyun 2023 16:11 (UTC +04:00)

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunmuş futzal üzrə “Xatirə kuboku”nda 1/2 final mərhələsinin oyunları keçirilib.

APA xəbər verir ki, "Səs” Media Qrupunun təşəbbüsü ilə KİV arasında keçirilən yarışda APA Group komandası uğurlu çıxışını davam etdirib.

APA Group finala vəsiqə uğrunda görüşdə ATV ilə qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn APA finala yüksəlib.

1/2 final

APA Group - ATV - 4:3

AzTV – ARB TV- 2:0

Bu matçlardan sonra finalçılar bəlli olub. APA Group finalda AzTV ilə qarşılaşacaq.

ATV və ARB TV isə üçüncü yer uğrunda mübarizə aparacaq.

Oyunlar iyunun 10-da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR