APOEL-in baş məşqçisi: "Hələ heç nə bitməyib"

APOEL-in baş məşqçisi: "Hələ heç nə bitməyib"
# 06 avqust 2019 23:59 (UTC +04:00)

“Mən “Qarabağ”ı onun meydanında izləmişdim. Bu, bizim tanıdığımız rəqib idi”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun baş məşqçisi Paulo Tramezani deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “İlk 45 dəqiqədə yaxşı oynadıq. Rəqibi topdan uzaq saxlamışdıq. İkinci hissədə qol buraxandan sonra çətinliklərimiz başladı. Nəticədə ikinci topu qapımızda gördük. Bizim də imkanlarımız oldu. Ən sonda qol da vurduq. Bu top bizə daha yaxşı nəticə ilə oyunu bitirmək imkanı verdi. Bu rəqiblə oynamaq çətin idi. Futbolçularımı tanıyıram. Bilirəm ki, onlar mübarizə apara bilərlər. Buraxılan qola qədər oyuna nəzarət edirdik. Bu topa çox təəccübləndik və üzüldük. Mən bütün məsuliyyəti öz üzərimə götürürəm. Sabahdan cavab matçına hazırlığa start verəcəyik. Çox şeyi dəyişməyəcəyik. Yalnız son zərbəni vurmaq üzərində çalışacağıq. Oyunçularımız da çox məyusdur. Lakin hesab edirəm ki, hələ heç nə bitməyib”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR