“Atalanta” baş məşqçisi ilə yeni müqavilə imzalayacaq

“Atalanta” baş məşqçisi ilə yeni müqavilə imzalayacaq
# 06 iyun 2023 14:27 (UTC +04:00)

“Atalanta” baş məşqçisi Can Piero Qasperini ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytı xəbər verir ki, Berqamo klubunun rəhbərliyi 65 yaşlı italiyalıyla 2024-cü ildə bitəcək razılaşmanı daha bir il artıracağını açıqlayıb.

Qasperini 2016-cı ildən komandanın “sükanı arxasında”dır. Son mövsümdə A seriyasında 38 oyuna çıxan “Atalanta” çempionatı 64 xalla 5-ci sırada tamamlayıb.

Komanda yeni mövsümdə İtaliyanı UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR