Avropa Liqası: “Çixura” Lüksemburq klubuna ikinci dəfə qalib gəlib

Avropa Liqası: “Çixura” Lüksemburq klubuna ikinci dəfə qalib gəlib
# 17 iyul 2019 21:52 (UTC +04:00)

Avropa Liqasında I təsnifat mərhələsinin daha bir cavab oyunu keçirilib.

APA-nın məlumatına görə, günün yeganə qarşılaşması Gürcüstanda baş tutub.

Yerli “Çixura” Lüksemburq təmsilçisi “Fola”nı qəbul edib. Səfərdə 2:1 hesablı qələbə qazanan gürcüstanlılar bu dəfə də meydanı qalib kimi tərk ediblər – 2:1.

Beləliklə, “Çixura” II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, I təsnifat mərhələsinin cavab oyunları dünənki üç matçla start götürüb. Digər 43 görüş isə sabah baş tutacaq.

Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
17 iyul
20:00. “Çixura” (Gürcüstan) – “Fola” (Lüksemburq) – 2:1

Ardazaşvili, 26, Sardalişvili, 73 – Sinani, 90 (pen.)
İlk oyun - 2:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR