Avropa Liqasında qrup mərhələsi başlayır, Türkiyə klubları səfər sınağına çıxacaqlar

Avropa Liqasında qrup mərhələsi başlayır, Türkiyə klubları səfər sınağına çıxacaqlar
  • Clock-gray 01:44
  • calendar-gray 19 Sentyabr 2019

Bu gün Avropa Liqasında qrup mərhələsi start götürəcək.

APA-nın məlumatına görə, 48 komanda qitənin ikinci dərəcəli klub turnirinin əsas mərhələsində mübarizəyə başlayacaq.

12 qrupun 24 qarşılaşması eyni gündə baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” evdə İspaniya “Sevilya”sı ilə görüşəcək.

Turnirdə qonşu Türkiyənin üç klubu mübarizə aparacaq. Onların üçü də ilk turu səfərdə keçirəcəklər.

C qrupunda yer alan “Trabzonspor” İspaniya sınağından qalıb ayrılmağa çalışacaq. Trabzonlular “Xetafe”nin qonağı olacaqlar.

J qrupunda yer alan “Başakşəhər”i daha çətin sınaq gözləyir. İstanbul klubu İtaliyada “Roma” ilə qarşılaşacaq.

“Beşiktaş” isə ilk matçını Slovakiyada keçirəcək. K qrupunda çıxış edən “ağ-qaralar” “Slovan”ın qonağı olacaq.

Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr

A qrupu
20:55. APOEL (Kipr) – “Düdelanj” (Lüksemburq)
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)

B qrupu
20:55. “Kopenhagen” (Danimarka) – “Luqano” (İsveçrə)
20:55. “Dinamo” (K, Ukrayna) – “Malmö” (İsveç)

C qrupu
20:55. “Bazel” (İsveçrə) – “Krasnodar” (Rusiya)
20:55. “Xetafe” (İspaniya) – “Trabzonspor” (Türkiyə)

D qrupu
20:55. LASK (Avstriya) – “Rusenborq” (Norveç)
20:55. PSV (Hollandiya) – “Sportinq” (Portuqaliya)

E qrupu
20:55. ÇFR (Rumıniya) – “Latsio” (İtaliya)
20:55. “Renn” (Fransa) – “Seltik” (Şotlandiya)

F qrupu
20:55. “Standard” (Belçika) – “Vitoriya” (Portuqaliya)
20:55. “Ayntraxt” (Almaniya) – “Arsenal” (İngiltərə)

G qrupu
23:00. “Reyncers” (Şotlandiya) – “Feyenoord” (Hollandiya)
23:00. “Porto” (Portuqaliya) – “Yanq Boyz” (İsveçrə)

H qrupu
23:00. “Espanyol” (İspaniya) – “Ferensvaroş” (Macarıstan)
23:00. “Ludoqorets” (Bolqarıstan) – MOİK (Rusiya)

İ qrupu
23:00. “Volfsburq” (Almaniya) – “Aleksandriya” (Ukrayna)
23:00. “Gent” (Belçika) – “Sent-Etyenn” (Fransa)

J qrupu
23:00. “Borussiya” (M, Almaniya) – “Volfsberq” (Avstriya)
23:00. “Roma” (İtaliya) – “Başakşəhər” (Türkiyə)

K qrupu
23:00. “Vulverhempton” (İngiltərə) – “Braqa” (Portuqaliya)
23:00. “Slovan” (Slovakiya) – “Beşiktaş” (Türkiyə)

L qrupu
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Astana” (Qazaxıstan)
23:00. “Partizan” (Serbiya) – “Alkmaar” (Hollandiya)

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date