Avropa Liqasının püşkatması iki gün ərzində keçiriləcək

Avropa Liqasının püşkatması iki gün ərzində keçiriləcək
# 17 iyun 2019 13:51 (UTC +04:00)

Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.

APA-nın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək tədbir iki günü əhatə edəcək.

Sabah I təsnifat mərhələsinin püşkü atılacaq. Burada 101 klub rəqiblərini tanıyacaq. 87 komanda, həmçinin ilkin mərhələnin 7 cütü bu raundda üz-üzə gələcək. Onlar ümumilikdə 47 cütlük təşkil edəcək.

Azərbaycanın bu mərhələdəki təmsilçiləri “Neftçi” və “Səbail” püşk zamanı səpələnmişlər sırasında yer alacaq. Onlar zəiflər səbətində qərarlaşan 52 komanda ilə üz-üzə gələ bilər. Söhbət 45 klub və 7 cütdən gedir. Ermənistanın iki komandası ilə təmsilçilərimizlə görüşə bilməz.

II təsnifat mərhələsinin püşkatması isə iyunun 19-da gerçəkləşəcək. Bu püşk üç hissədən ibarət olacaq. Öncə Liqa yolunun 37 cütü müəyyənləşəcək. Burada əvvəlki mərhələnin 47 cütü və ilk raunddan azad olan 27 komanda mübarizə aparacaq. Azərbaycan kubokunun qalibi “Qəbələ” püşk zamanı səpələnmişlərdən olacaq. “Neftçi” və “Səbail”in yer aldığı cütlüklər isə zəiflər sırasında qərarlaşacaq.

Çempionlar Liqası yolunun püşkü isə iki bölümdən ibarətdir. Burada ilkin mərhələnin hər üç cütü (iki yarımfinal və final) və I təsnifat mərhələsinin 16 cütü iştirak edəcək. Əvvəl püşk bu cütlərdən birini seçəcək. Həmin cütdə uduzan komanda Avropa Liqasının III təsnifat mərhələsinə yollanacaq.

Ardınca isə 18 qarşılaşma 9 cütlüyə bölünəcək. Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bəlli olacaq. Təmsilçimiz ilk raundda uduzsa, Avropa Liqasına hansı cütün məğlubu ilə duellə başlayacağı bilinəcək.

Qeyd edək ki, Avropa Liqasında ilkin mərhələ iyunun 27-də və iyulun 4-də, I təsnifat mərhələsi iyulun 11-də və 18-də, II təsnifat mərhələsi iyulun 25-də və avqustun 1-də baş tutacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər:
"Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", (Rumıniya), “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Mölde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), "Apollon", AEK (hər ikisi Kipr), “Jalgiris”, "Trakai" (hər ikisi Litva), "Aberdin", “Reyncers”, "Kilmarnok" (hamısı Şotlandiya), "Zrinski" (Bosniya və Herseqovina), “Kayrat”, "Tobol", "Ordabasi" (hamısı Qazaxıstan), "Radniçki", "Çukariçki" (hər ikisi Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), “Kruzaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya), "Hapoel" Beer-Şeva, "Makkabi" Hayfa (hər ikisi İsrail), "Hayduk" (Xorvatiya), "Kukesi" (Albaniya), "Alaşkert" (Ermənistan), "Dinamo" (Gürcüstan), MOİK, "Levski" (hər ikisi Bolqarıstan), "Buduçnost" (Monteneqro), "Levadiya" (Estoniya), "Brondbü" (Danimarka)
Səpələnməmişlər: “Dunayska Ştreda”, "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, "Speranta" (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira”, "Baltzan", “Hibernian” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), "Şkupi", "Akademiya Pandev", "Makedoniya Qerçe" (hamısı Makedoniya), “Şiroki Briyeq”, "Radnik" (hər ikisi Bosniya və Herseqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), "Universitatya" (Rumıniya), "Mura" (Sloveniya), "Banants", "Lori" (hər ikisi Ermənistan), "Teuta", "Laçi" (hər ikisi Albaniya), "Jeness" (Lüksemburq), "Zeta", "Titoqrad" (Monteneqro), “Progres” (Lüksemburq) - “Kardiff MU” (Uels), “La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra), “Sent Culiya” (Andorra) - “Europa” (Cəbəllütariq), “Ballumena” (Şimali İrlandiya) - NSİ (Farer adaları), “Priştina” (Kosovo) - “Sent Josefs” (Cəbəllütariq), “Tre Fiori” (San-Marino) - “Klaksvik” (Farer adaları), “Barri Taun” (Uels) - “Kliftonvill” (Şimali İrlandiya) cütlərinin qalibləri

II təsnifat mərhələsi
Liqa yolu
Səpələnmişlər:
"Roma" (İtaliya), "Gent" (Belçika), "Ayntraxt" (Almaniya), "Espanyol" (İspaniya), "Partizan" (Serbiya), "Vulverhempton" (İngiltərə), "Strasburq" (Fransa), "Zarya" (Ukrayna), "Alkmaar", "Utrext" (hər ikisi Hollandiya), "Arsenal" (Rusiya), "Gimaraynş (Portuqaliya), "Yeni Malatyaspor" (Türkiyə), "Şturm" (Avstriya), "Qəbələ" (Azərbaycan), "Yablonets", "Mlada" (hər ikisi Çexiya), "Atromitos", "Aris" (hər ikisi Yunanıstan), "Osiyek" (Xorvatiya), "Esbyerq" (Danimarka), "Lütsern" (İsveçrə), I təsnifat mərhələsinin 15 qalibi
Səpələnməmişlər: AEL (Kipr), "Haken" (İsveç), "Vitorul" (Rumıniya), "Lexiya" (Polşa), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), I təsnifat mərhələsinin 32 qalibi

Çempionlar Liqası yolu
İlkin mərhələnin 2 yarımfinal və final cütü, I təsnifat mərhələsinin 15 cütlü

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR