“Ayaks”ın futbolçusu “Bavariya” ilə anlaşıb

“Ayaks”ın futbolçusu “Bavariya” ilə anlaşıb
# 19 aprel 2022 15:55 (UTC +04:00)

“Bavariya”nın müdafiəçisi Nussair Mazraui mövsümün sonunda Almaniyaya köçəcək.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı sağ cinah oyunçusu “Bavariya”nın formasını geyinəcək.

Nussairin meneceri Mina Rayola Bundesliqa klubu ilə şifahi razılıq əldə edib. Mərakeş millisinin üzvü yaxın günlərdə münhenlilərlə müqavilə imzalayacaq. Mazraui Almaniya çempionuna azad agent kimi keçəcək. Çünki onun amsterdamlılarla sözləşməsi mövsümün sonuna qədərdir.

Qeyd edək ki, müdafiəçi bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR