Azərbaycan çempionatı tarixində ilk dəfə şəhidə ölkə çempionatının medalı veriləcək

Məhəmmədəli İbrahimli

© APA | Məhəmmədəli İbrahimli

# 19 may 2021 18:55 (UTC +04:00)

Azərbaycan futbolu tarixində ilk dəfə ölkə çempionatının mükafatı şəhidə veriləcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ağdamın “Qarabağ” klubunun rəhbərliyi verib.

Əyalət təmsilçisi Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. O, ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək.

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadənin sözlərinə görə, mükafat yaxın günlərdə şəhidin ailəsinə veriləcək.

Həmçinin “Qarabağ” bir neçə şəhid ailəsini də oyunu izləmək üçün stadiona dəvət edib. Ağdam klubunun Peşəkar Futbol Liqasına müraciəti çempionatın təşkilatçı qurumu tərəfindən müsbət qarşılanıb. Stadionda oyunu izləyənlər arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun ailəsi də olacaq.

Qeyd edək ki, Azərbaycan çempionu və gümüş mükafatçının adına saat 20:30-da başlayacaq “Neftçi” – “Qarabağ” matçında aydınlıq gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR