Azərbaycan çempionunun rəqibi darmadağına sevinib

Azərbaycan çempionunun rəqibi darmadağına sevinib
# 14 sentyabr 2019 22:54 (UTC +04:00)

Futbol üzrə Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan APOEL növbəti matçını keçirib.

APA-nın məlumatına görə, Nikosiya təmsilçisi Kipr çempionatında ilk görüşünə çıxıb.

APOEL öz meydanında AEL-i qəbul edib. Son çempion üç qolla darmadağına imza atıb.

Nikosiyalıların qollarına 5-ci dəqiqədə Lukas, 43-cü dəqiqədə Mixayloviç, final fitinə 15 dəqiqə qalmış Pavloviç imza atıb. Bu qələbə ilə APOEL 4-cü pilləyə yüksəlib. Liderlərdən az oyun keçirən komanda 1-ci pillədəki “Omoniya”dan üç xal geridədir.

Qeyd edək ki, “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdıran (1:2, 2:0) kiprlilər qrup mərhələsinin III və IV turunda təmsilçimizlə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR