Azərbaycan derbisinin hakimləri açıqlanıb

Azərbaycan derbisinin hakimləri açıqlanıb
# 12 sentyabr 2019 13:00 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında IV turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

APA-nın məlumatına görə, sentyabrın 14-15-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.

“Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbisinin də referiləri bəlli olub. Qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası
IV tur
14 sentyabr (şənbə)
“Sumqayıt” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena”, 18:00
“Sabah” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 20:00
15 sentyabr (bazar)
“Keşlə” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”, 18:00
“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR