Azərbaycan kuboku: Bombardirlər siyahısında dəyişiklik olub

Azərbaycan kuboku: Bombardirlər siyahısında dəyişiklik olub
# 12 fevral 2022 16:26 (UTC +04:00)

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub.

Apasport.az sayının məlumatına görə, “Qarabağ”ın futbolçusu İbrahima Vadji liderliyə şərik çıxıb.

O, “Keşlə” ilə 1/4 finalın hər iki görüşündə fərqlənib. İlk qarşılaşmada 1:0 hesablı qələbəni gətirən forvard səfərdəki 6:0 hesablı darmadağına dublla töhfə verib.

Bununla da Vadji qol hesabını 3-ə çatdırıb. O, kubokun bombardirləri yarışında Coy-Lens Mikelsin göstəricisini təkrarlayıb.

“Sabah”ın legioneri də 2 qarşılaşmada 3 dəfə fərqlənib. Lakin Mikels 1/4 finalın cavab oyununa bu gün çıxacaq. O, “Neftçi” ilə matçda qol hesabını artıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR