Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
APA-nın məlumatına görə, millimiz bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə başa çatıb. Yığmamızın heyətində Amin Qarayev və İxtiyar Məmiyev fərqlənib.
Qeyd edək ki, komandalar arasında ilk görüşdə meydan sahibləri 3:1 hesabı ilə qalib gəlmişdi.