Azərbaycan millisi Estoniyanı Sumqayıtda qəbul edəcək

Azərbaycan millisi Estoniyanı Sumqayıtda qəbul edəcək
# 25 yanvar 2022 09:58 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Estoniya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yığmamız rəqibini Sumqayıtda qəbul edəcək.

Estonlarla qarşılaşma martın 25-də “Kapital Bank Arena”da keçiriləcək.

Qeyd edək ki, oyunun başlama saatı hələlik dəqiqləşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR