Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub
# 17 iyun 2022 12:04 (UTC +04:00)

Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1273 xalla dünyanın 81-ci komandasıdır.

Yığmamız 1 xal itirsə də, mövqeyini qoruyub. Millimiz mart reytinqində 1274 xalla planetin 81-cisi idi.

Qeyd edək ki, cədvələ 2104 xala malik ABŞ başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR