Azərbaycan millisinin 2 futzalçısı Gürcüstanla oyun öncəsi koronavirusa yoluxub

Azərbaycan millisinin 2 futzalçısı Gürcüstanla oyun öncəsi koronavirusa yoluxub
# 21 yanvar 2022 16:30 (UTC +04:00)

Futzal üzrə Azərbaycan millisinin üzvlərindən Avropa çempionatında ilk oyunu öncəsi COVİD-19 anticism analizləri götürülüb.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komandanın iki üzvü Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv çıxıb.

Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah oyuna qədər açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR