Azərbaycan millisinin baş məşqçisi və kapitanı ilin ən yaxşı futbolçusunu düzgün tapıb

Azərbaycan millisinin baş məşqçisi və kapitanı ilin ən yaxşı futbolçusunu düzgün tapıb
# 24 sentyabr 2019 09:45 (UTC +04:00)

FİFA-nın 2019-cu ilin ən yaxşı qadın futbolçusu və məşqçisini müəyyənləşdirməsində Azərbaycan təmsilçiləri də iştirak edib.

APA-nın məlumatına görə, səsvermədə Azərbaycanı millinin baş məşqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə təmsil edib.

S.Əsgərov ən yaxşı futbolçu nominasiyasında Meqan Rapinoe, Aleks Morqan və Vendi Renara səs verib. S.Cəfərzadə isə seçimini Meqan Rapinoe, Ellen Uayt və Aleks Morqanın xeyrinə edib.

Baş məşqçi həmkarları arasında Sarina Veqman, Jil Ellis və Peter Gerhardssonu fərqləndirib. Kapitan isə Jil Ellis, Sarina Veqman və Fil Nevilə səs verib.

Azərbaycandan jurnalistlər arasında heç kim iştirak etməyib.

Qeyd edək ki, qadınlar arasında ən yaxşı futbolçu Meqan Rapinoe, ən yaxşı qadın komandası məşqçisi Jil Ellis seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR