Azərbaycan millisinin futbolçusu "Dinamo"da debüt edib

Azərbaycan millisinin futbolçusu "Dinamo"da debüt edib
  • Clock-gray 23:00
  • calendar-gray 12 İyul 2019

Rusiya Premyer Liqasında 2019/20 mövsümünə start verilib.

APA-nın məlumatına görə, çempionatın açılış günündə bir matç keçirilib.

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” səfərdə Tulanın “Arsenal” klubu ilə görüşüb. Bu yay “Krilya Sovetov”dan paytaxt klubuna keçən təmsilçimiz start heyətində meydana çıxıb.

“Dinamo”da debüt edən hücumçu Azərbaycanın ən titullu klubu “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi ilə matçda 88 dəqiqə meydanda olub. Oyunun əvvəlində hesabı açan “Dinamo” üstünlüyünü son dəqiqələrdə əldən verib – 1:1. Qonaqların heyətində Migel Kardoso, meydan sahiblərində Gia Qriqalava fərqlənib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date