Azərbaycan millisinin sabiq futbolçusu “Olimpiakos”la anlaşıb

Azərbaycan millisinin sabiq futbolçusu “Olimpiakos”la anlaşıb
# 07 yanvar 2022 09:39 (UTC +04:00)

“Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.

Gənclər millimizin sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci liqa təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub. Onun bakılılarla müqavilə müddəti mövsümün sonuna qədər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR