Azərbaycan Premyer Liqasında II turun oyunlarını idarə edəcək hakimlər dəqiqləşib

Azərbaycan Premyer Liqasında II turun oyunlarını idarə edəcək hakimlər dəqiqləşib
  • Clock-gray 16:38
  • calendar-gray 21 Avqust 2019

Azərbaycan Premyer Liqasında II turun təyinatları açıqlanıb.

APA-nın məlumatına görə, avqustun 24-26-da keçiriləcək matçların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib.

Tur Vüqar Həsənlinin start fiti ilə başlayacaq. O, liderlər qrupunda yer alan “Sumqayıt”la “Səbail” arasında matçı idarə edəcək.

Digər görüşlərdə baş hakim vəzifəsi Rəhim Həsənov, İnqilab Məmmədov və Səbuhi Bayramova tapşırılıb.

Azərbaycan Premyer Liqası
II tur
24 avqust (şənbə)
“Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”, 19:00
25 avqust (bazar)
“Sabah” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”, 18:45
“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Əliyar Ağayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Azersun Arena”, 21:00
26 avqust (bazar ertəsi)
“Zirə” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin İbrahimov
Zirə İdman Kompleksinin stadionu, 19:00

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date