Azərbaycan – Slovakiya matçının hakimləri bəlli olub

Azərbaycan – Slovakiya matçının hakimləri bəlli olub
# 07 iyun 2022 12:27 (UTC +04:00)

Azərbaycan – Slovakiya oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək matçı Litvadan olan ədalət təmsilçiləri idarə edəcək.

İyunun 10-da Bakıda keçiriləcək qarşılaşmanın baş hakimi Donatas Rumşas olacaq. Baş hakimin köməkçiləri kimi Aleksandr Radius və Dovidas Suşiedelis təyinat alıb. Dördüncü hakim funksiyasını Robertas Valikonis yerinə yetirəcək.

Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR